ABŞ-ın gənc sakini 28,58 kiloqram ağırlığında balıq tutaraq eyni anda iki dünya rekorduna imza atıb. Foodinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Balıqçılıq Assosiasiyasının (IGFA) saytında məlumat verilib.

Belə ki, Alexandra Hall Virciniya ştatındakı Ceyms çayına balıq tutmağa gedəndə dünya rekordu qırıb. Qız ilk olaraq tutduğu balığın öhdəsindən gəlmək on dəqiqə vaxt sərf edib. Məlum olub ki, o, böyük bir mavi pişik balığı tutub.

Belə ki, o, on kiloqramlıq yüklə balıq ovu üzrə qadınlar arasında dünyanın ən yaxşısı, həmçinin mavi pişik balıq ovu üzrə yeniyetmə qızlar arasında ən yaxşısı seçilib.

Fərid