Tüklərin ürpərməsi, elmi adı ilə "piloereksiya" insan orqanizminin təbii reaksiya və müdafiə mexanizmlərindən biridir. 

Foodinfo.az xəbər verir ki, bu hal əsasən soyuq, qorxu və ya güclü emosional təsirlər zamanı müşahidə olunur.

Soyuq havada tüklərin qalxması bədənin istilik itkisinin qarşısını almağa yönəlib. Bu zaman dəridəki tüklər qalxaraq dəri ilə hava arasında qoruyucu qat yaradır, bu da bədən temperaturunun sabit qalmasına kömək edir. Bu hal heyvanlarda daha aydın müşahidə olunur, çünki onların bədənləri tüklərlə daha sıx örtülüdür.

Digər tərəfdən, qorxu, həyəcan və ya təsirli bir musiqi və ya hadisə zamanı bədəndə adrenalin hormonu ifraz olunur. Bu hormonun təsiri nəticəsində də tüklər qalxır. Bu hal emosional reaksiyanın fiziki təzahürüdür və bəzən "dərim ürpəşdi" ifadəsi ilə təsvir olunur.

Bəzi hallarda isə bu reaksiya sadəcə bir toxunuş, fikir və ya xatirə ilə belə yarana bilər. Psixoloji və fiziki amillərin birgə təsiri nəticəsində meydana çıxan tüklərin ürpərməsi insan bədəninin nə qədər həssas və mürəkkəb quruluşa sahib olduğunu göstərir.

Tüklərin ürpərməsi sadə bir hal kimi görünsə də, bədənin həm fiziki, həm də emosional vəziyyətinə verdiyi cavabın maraqlı və elmi izıhıdır.