
Kalium insan orqanizmi üçün həyati-vacib elementlərdən biri sayılır.
Foodinfo xəbər verir ki, Türkiyə KİV-də bu elementin önəmi barədə araşdırma aparılıb.
Kalium sinirlər, əzələlər və ürəyin sağlam şəkildə çalışmasına, maddələrin hüceyrələr arasında daşınmasına dəstək verir. Bu element xüsusilə böyrəyin sağlam
fəaliyyətinə stimul verir, bu orqanda yaranmış ağrıları aradan qaldırır.
Dəniz məhsulları, avokado, meyvə suları, banan, kartof, pomidor, süd və göyərtilər kaliumla zəngindir.
Ekspertlər hesab edirlər ki, gündəlik qidalardan 400-800 mq kalium əldə etmək lazımdır.
Leyla