Böyük Britaniya kralı III Çarlz Almaniyanın Brandenburq şəhərindəki Brodovine fermasında ənənəvi alman pendiri hazırlamağa çalışarkən gülməkdən özünü saxlaya bilməyib. Foodinfo.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
Kral monarx kimi ilk xarici səfəri zamanı fermanın sahibləri Lüdolf və Katja fon Maltzan, eləcə də Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə birlikdə pendirin hazırlanması prosesində iştirak etməyə çalışıb.
Ağ xalat və plastik ayaqqabı örtüyü geyinmiş kral çox çalışacağını söyləsə də, pendir qarışığı çox tez tökülür. Naəlaclıqla onu formalara ayırmağa çalışır və isterik bir şəkildə "Mənə daha uzun qollar lazımdır" deyərək uğursuz zarafat edir.
Səfər zamanı kral buzovların xüsusi iqlolarda saxlanmasının xüsusiyyətləri ilə tanış olmalı idi. Lakin güclü tufan səbəbindən qapalı yerlərdə qalmalı olur. Orada ona bənövşəyi yastıqda tac şəklində hazırlanmış tort təqdim olunub. Şirniyyatı hazırlamaq üçün aşpaz Anti Neumann 21 saatdan çox vaxt sərf edib.
Karl bir parça tortun dadına baxaraq onu yüksək qiymətləndirir.
Nərmin