Çox ac olsanız belə bəzi qidaları acqarına yemək təhlükəlidir. Əks halda, xəstəliklərdən qaçmaq, sadəcə mümkün olmayacaq.
Foodinfo.az xarici KİV-lərə istinadən bildirir ki, gün ərzində ilk olaraq və ya uzunmüddətli fasilədən sonra qəbul etdiyimiz qidalar olduqca vacibdir. Belə ki, onlar boş mədəyə daxil olduqda daha sürətlə həzm olunur və dərhal bağırsaqlara daxil olur. Uyğun olmayan qidaların qəbulu bədəndə stress yaradır və bir sıra mənfi təsirlərə səbəb olur. Məsələn, ümumi mədə xəstəliklərinin inkişafı gündəlik yemək vərdişlərimiz və qida rasionumuzla sıx bağlıdır.
Beləliklə də, aşağıdakı qidaları çox ac olsanız belə, acqarına yemək tövsiyə edilmir. Bunlar banan, süd, pomidor, sarımsaq, spirtli içkilər, soyuq yeməklər, çox miqdarda ət və ya balıq məhsullarıdır.
Qeyd etmək lazımdır ki, mədə son yeməkdən dörd-beş saat sonra boşalır və məhz bu zaman adıçəkilənlərin qəbulu təhlükə yarada bilər.
Son xəbərlər
- Kərəvizin faydaları və zərərləri
- Qəhvə həvəskarları nələrə diqqət etməlidir?
- Dəfələrlə qızdırılıb yeyilən yeməklərin orqanizmə mənfi təsirləri ola bilər
- Sosislə mədə xərçəngi arasında əlaqə sübut edildi
- Böyrək xəstəliyinin əlamətləri hansılardır?
- Gündə 1 ovuc yeyin - Ürəyə və beyinə xeyirdir