Texnologiya dünyasının ən son ixtiralarından sayılan dronlar gün keçdikcə karqo şirkətləri tərəfindən daha çox istifadə olunur.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Dronların son dövrdə ciddi şəkildə önə çıxdığı sahələrdən biri karqo daşımalarıdır. Elektron ticarət şirkətləri liderliyində poçt, restoran və səhiyyə sahəsində və onlara xidmət təmin edən qurumlarda uzun müddətdir bununla bağlı təcrübələr həyata keçirilir. 2022-ci ildə məşhur “Amazon” şirkəti bu planı həyata keçirməyə başlayıb. Şirkət ABŞ-də dronla çatdırılmalara start verib.
Hələlik şirkət sadəcə 2,2 kiloqramdan yüngül yüklərin daşınmasını özlərinin hazırladıqları dronlarla icra edir.