Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi Dubayın izindən gedərək özünəməxsus “brend şokolad”ını istehsal edib.
“Abu Dhabi Chocolate” adlanan yeni məhsul qısa müddətdə geniş rəğbət qazanıb.
Şokolad filippinli şef Nuel Katisi tərəfindən hazırlanıb. Onun sözlərinə görə, yeni şokoladın əsas özəlliyi içliyində olan ərik meyvəsi, küncüt əzməsi, zəfəran və hil qarışığıdır. Məhsulun üzəri isə yeyilə bilən qızılı folqa ilə örtülüb.
Qeyd edək ki, Dubayın “brend şokoladı” 2024-cü ildə böyük sensasiya yaratmışdı. Təkcə bu ilin ilk yarısında Dubaydakı “Duty Free” mağazalarında həmin şokoladın 2,5 milyon ədəd satıldığı və satış dəyərinin 45 milyon dollara çatdığı bildirilir.
“Qafqazinfo”






