Yəqin Əmir Teymurun (1336-1405) hansı plovu sevdiyi sizlər üçün də maraqlı olar.
Foodinfo.az-ın xəbərinə görə, bu barədə xarici mətbuatda məlumat yer alıb.
Belə ki, Daşkənd plov mərkəzinin nümayəndəsi Əmir Teymurun yediyi özbək plovunun tərkibini açıqlayıb.
Bildirilir ki, Özbəkistanda hər regionun öz plovu var, lakin əsas ərzaqlar – düyü, kök və sarımsaq dəyişməzdir. Bu plovların hər birini özünəməxsus edən cəhət onların hazırlanmasının xüsusi sirlərinin olmasıdır.
Ən dietik plov Səmərqənd variantı sayılır. Bu plovda ərzaqlar bir-birinə qarışdırılmır, düyü, kök və ət qazana lay-lay yığılır, yağ vurulmur.
Mərkəz nümayəndəsi deyib ki, Əmir Teymur ilə sərkərdələri məhz bu plovdan yeyərdilər. Bunun səbəbi bədəni döyüşqabağı çox ağırlaşdırmamaq idi.