Aparılan araşdırmalar göstərir ki, ev heyvanları (it və pişik) ilə birlikdə yaşamaq uşaqlar arasında qida məhsullarına allergiya riskini azaldır. 

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də məqalə dərc edilib.

Araşdırmalar nəticəsində bəlli olub ki, it sahibi olmaq yumurta, süd və fındıq allergiyaları, pişik sahibi olmaq isə yumurta, buğda və soya allergiyalarını azaldır.

Ekspertlər qeyd edirlər ki, hətta hamilə bir qadının belə ev heyvanları ilə eyni məkanda yaşaması uşaqlarda qida allergiyası riskini əhəmiyyətli dərəcədə azaldır. 

Xatırladaq ki, araşdırmalara Yaponiyada 65 mindən artıq uşaq və valideynləri cəlb ediliblər.