Taylandda 63 yaşlı təqaüdçü müəllim Camlong Kheyakan göbələk axtarmağa gedib, üç gün sonra meşədə tapılıb. Foodinfo.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.
Göbələk yığan şəxs mayın 18-i cümə axşamı yoxa çıxıb. Bundan dərhal sonra onun axtarışına milli parkın əməkdaşları, Lamfun şəhərinin hərbçiləri və yerli sakinlər cəlb olunub.
Təqaüdçü mayın 19-da səhər saatlarından bacısına mesaj göndərərək onunla hər şeyin qaydasında olduğunu bildirəndən sonra əlaqə saxlamayıb. Tapılana qədər o, iki gecə üç gün meşədə qaldı.
İtkin düşən şəxsi yerli sakinlər tapıb. Onun heç bir xəsarəti yox idi, amma çox arıq idi. Kişiyə tibbi yardım göstərilib.
Nurlan