Ölkədə son illər həkimərin öz pasiyentlərinə lazım oldu-olmadı bioloji fəallığa malik qida əlavələrini məsləhət görmələri çoxlarına məlumdur. İddia olunur ki, bir sıra həkimlər bunu  müqabildə ökəyə qida əlavəsi idxal edib burada satan şirkətlərdən ödəniş (faiz) alır.

Məsələ burasındadır ki, Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.

Foodinfo.az xəbər verir ki, bu qaydanı pozan vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Habelə, ezərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə də cərimələr var: vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.