İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye sistemi istifadəyə verilib.
Foodinfo.az xəbər verir ki, “Future Meat Technologies” adlanan şirkətin gündə 500 kiloqram sintetik ət istehsal edəcəyi bildirilir. Bu isə üç min orta ölçülü hamburger istehsal etməyə kömək edəcək. Süni ət xüsusi bioreaktorlarda istehsal olunur.
Qeyd edək ki, süni ət istehsalı son illərdə daha çox Çində gündəmə gəlsə də, hazırda bir sıra ölkələr yeni metodlarla ət əldə etməyə çalışır.