
Türkiyənin İstanbul şəhərinin simvollarından sayılan Sultan Əhməd məscidində restavrasiya işləri başa çatmaq üzrədir.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də bildirilir.
Məscidin 17 gündən sonra Ramazan bayramı namazında yenidən açılması planlaşdırılır. Görülən işlər çərçivəsində məscidin minarələrində yenilənmə işləri aparılıb. Məscidin daxilində hazırda restavrasiya işlərinin davam etdiyi bildirilir.
Qeyd edək ki, Sultan Əhməd məscidi həmçinin “Mavi məscid” kimi də tanınır.