Suriyada silahlı müxalif dəstənin tərkibində vuruşan şəxs İdlib şəhərində suşi restoranı açıb.

Foodinfo.az xəbər verir ki, bu barədə “Hürriyet”in materialında qeyd olunub.

Dağıstan əsilli “cihadçı” İslam Şahbanov beş il ərzində Suriya ordusuna qarşı döyüşlərdə iştirak edib. Suriya hökumətinin ölkənin böyük hissəsində nəzarəti bərpasından sonra işsiz qalan “cihadçı” silahlarını suşi ilə dəyişmək qərarına gəlib.

Daha əvvəl Pakistan, İndoneziya, Səudiyyə Ərəbistanı kimi ölkələrə səfərlər etdiyini bildirən İ.Şahbanov bu zaman yapon mətbəxinin ləziz təamlarını çox bəyəndiyini söyləyib. O yeni biznesində bir çox məhsulları Türkiyədən sifariş verdiyini bildirən Şahbanov bir gün yenidən silahını geri qaytara biləcəyini də vurğulayıb.