Pərəstişkarları Kembric hersoginyası Keyt Middltonun cəsarətinə heyran qalıb.
Foodinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Keyt Middlton həyat yoldaşı, şahzadə Uilyamla birlikdə Baham adalarına səfər edib. Səfər zamanı Keyt maraqlı xüsusiyyətləri ilə tanınan Karib dənizi delikatesi - konç-pistolun dadına baxıb. Keyt dəniz məhsulunun içindən çıxan zolağı camaatın alqışları altında ağzına atıb.
Məsələ ondadır ki, konç-pistol Karib afrodizyakı kimi tanınır və bəzən "Bahamiya Viaqrası" olaraq da adlandırılır. Üstəlik, sarayda yeyilməsi qadağan olunmuş məhsullar sırasındadır.
Müzakirələrə səbəb olan kadrlarda Keyt "Mən Uilyamdan bir az daha macəraçıyam" deyərək zarafat edib. Şahzadənin isə cavabında "Mən bunun öhdəsindən gələrəm" deməsi diqqət çəkib.
Pərəstişkarları Keytin hərəkətini nümunəvi cəsarət hesab ediblər.