Amerikanın Şimali Karolina ştatının Burlinqton şəhərinin sakini evində bişirmək istədiyi meksika yeməyinin inqrediyentləri olmadığı üçün cek-pot udub və gözlənilmədən varlanıb. Foodinfo.az xəbər verir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Robin Hicks fajita bişirmək qərarına gəlib və bu yeməyi bişirmək üçün pomidor və qarışığı almağı unutduğunu aşkar edib. Qadın çatışmayan məhsullar üçün yenidən mağazaya gedib.

Yolda o, 50 dollarlıq uduşlu lotereya biletini nağdlaşdırmaq və yeni ani lotereya bileti almaq üçün lotereya mağazasının yanında dayanıb. Alınan bilet ona 250 min dollar məbləğində böyük uduş gətirib.

Nərmin