ABŞ-nin Mayami şəhərindəki akvariumda saxlanılan “Tokitae” kimi də tanınan “Lolita” adlı balina 52 illik əsarətdən sonra doğma məkanına qaytarılır. 

Foodinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunur ki, 52 ildir akvariumda saxlanılan balina nəhayət Sakit okeana qaytarılacaq. Heyvanın təyyarə ilə Vaşinqtonla Kanada arasındakı sulara daşınması planlaşdırılır. İlk mərhələdə balina böyük bir torun çərçivələri daxilində yaşayacaq və burada ona balıq ovlama vərdişləri xatırladılacaq. 

Heyvanın 18-24 ay ərzində daşınması nəzərdə tutulur. Daşınma xərclərinin 20 milyon dollara çatacağı gözlənilir.