Bazar araşdırmaları şirkəti “Verve” bəzi yemək trendlərinin “Tiktok”da böyük bir axına çevrildiyini açıqlayıb.
Foodinfo.az xəbər verir ki, şirkət bununla “TikTok”un sənayeçilər tərəfindən istifadə oluna biləcəyinə işarə vurub.
Qeyd edək ki, sosial şəbəkənin bir milyarddan çox istifadəçisi var.
Videolardakı məzmunun “makyajlı olması” qida və içki sektoruna təsir göstərə bilir. Belə ki, sosial şəbəkənin nüfuz dairəsi və təsir gücü məhz insanları yönləndirməyə xidmət edə bilər.