İdeal bədən quruluşları ilə diqqət çəkən məşhurların hansı pəhrizlərə əməl etdikləri açıqlanıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Milliyet”də araşdırma yer alıb. 

Məşhur müğənni Adel uzun illər çəki problem ilə mübarizə aparıb. Bu mübarizədə on aidman kömək olub. Belə ki, Adel idmanı günün müəyyən bir saatında deyil, yayaraq müxtəlif vaxtlarda etməsi ilə uğur qazandığına inanır. 

Avstraliyalı aktrisa Rebel Vilson sadəcə həyat tərzini dəyişməklə 80 kiloqram itirib. O qeyd edib ki, düzgün qidalanma və idmanla buna nail olub. Aktrisanın bu dövrdə ən çox diqqət yetirdiyi məqam yediklərini çiynəyərək yavaş-yavaş yeməsi olub. O, həmçinin yürüşə çıxmağı da hər kəsə tövsiyə edib.

Aktyor Jonah Hill 2011-ci ildə sadəcə suşi istifadə edərək 40 kiloqram itirib. Meyvə, tərəvəz, yağsız ət və kəpəkli dənli bitkilərlə qidalanan Hill hər gün qaçış və yürüşə çıxmağı da tövsiyə edib. 

“Guardians Of The Galaxy” filmindəki “Star Lord” obrazı ilə tanınan amerikalı oyuncu Kris Pratt işə ən çox istifadə etdiyi məhsulları sorğulamaqla başlayıb. Mütəmadi olaraq idmana başlayan aktyor üzüçülük, boks və qaçışla 6 ayda 60 kiloqram arıqlayıb.