Ramazan ayında toxluq hissini artıran qidalar açıqlanıb.
Bu barədə Foodinfo.az Türkiyənin “Yeni çağ” qəzetinə istinadən xəbər verir.
Türkiyəli dietoloq Merve Terzinin sözlərinə görə, sahurun normal səhər yeməyindən, iftarın isə axşam yeməyindən zəngin hazırlanması qidalanma vərdişlərində dəyişikliklərə səbəb ola bilər:
Ekspert qeyd edib ki, Ramazan ayı boyunca yemək zamanı bütün qida qruplarına yer verilməlidir:
“Yumurta, toz zülallar, darçın tozu, pendir, çörəkotu, qoz, fındıq və badamı “oruc tutanların dostu” qidalar adlandırmaq olar”.
M.Terzi həmçinin qeyd edib ki, iftarda aclıqla bağlı qanda şəkərin düşməsi səbəbilə həddən artıq çox yemək sağlamlığımıza ağır zərbə vura bilər.
Leyla