Sosial şəbəkələrdə baxarkən belə insanın ağlını çaşdıran bir video yayılıb. Foodinfo.az xəbər verir ki, videonu qeyri-adi edən hal əks olunan məkanın - tibb ocağının layihəsidir. Belə ki, həkimin qəbuluna düşmək istəyən şəxs əvvəlcə sanitar qovşağa daxil olmalıdır. Bu isə olduqca qeyri-etik və lazımsız təsir bağışlayır. Videonun Yevlax rayonunda qeydə alındığı bildirilir. Həmin görüntünü təqdim edirik: