Payızda günlərin qısalması və günəşin azalması bir çox insanın əhvalına mənfi təsir göstərir. Foodinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu halı yüngülləşdirməyin ən təbii yolu düzgün qidalanmadır. Bəzi qidalar insanın əhvalını yaxşılaşdırır, gərginliyi azaldır və “xoşbəxtlik hormonları”nın yaranmasına kömək edir.

Qidalanma üzrə mütəxəssis Anna Divinskaya bildirib ki, yağlı balıqlar — xüsusilə losos və skumbriya — beyinin sağlam fəaliyyəti üçün vacib olan omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr həm yaddaşı möhkəmləndirir, həm də gərginliyi azaldır.

Balqabaq tumları da payız mövsümündə əvəzsiz qidadır. Onlar maqnezium və triptofanla zəngindir. Bu maddələr sinir sistemini sakitləşdirir və orqanizmdə serotonin adlı “xoşbəxtlik hormonu”nun yaranmasına yardım edir.

Tünd şokolad (kakao miqdarı 70 faizdən çox olan) endorfinlərin ifrazını artırır və əhvalı qaldırır. Banan B6 vitamini ilə zəngindir, bu vitamin triptofanın serotoninə çevrilməsinə kömək edir. Şpinat isə fol turşusunun əsas mənbəyidir — onun çatışmazlığı çox vaxt depressiya ilə əlaqələndirilir.

Mütəxəssis payız üçün əhvalı yaxşılaşdıran içkiləri də sadalayıb. Yaşıl çay, bitki mənşəli südlə hazırlanmış kakao, darçınlı çikory, dəvətikanı (oblepixa) morşu və kurkumalı “qızıl süd” həm bədəni isidir, həm də zehni rahatladır.

Həkimlər bildirirlər ki, bu qidaları gündəlik rasiona daxil etməklə payız əhval düşkünlüyünün qarşısını almaq və özünü daha gümrah hiss etmək mümkündür.