Soyuq havalarda yataqda rahat yuxu üçün açıq pəncərəni seçmək cəlbedici olsa da, bədən sağlamlığı baxımından müəyyən risklər daşıyır. Foodinfo.az xəbər verir ki, patofizioloq Sergey Stepanov bildirib ki, payızda açıq pəncərə ilə yatmaq bəzən əzələ ağrılarına və soyuqdəyməyə səbəb ola bilər.

Mütəxəssis izah edib ki, gecə boyu bədən hissələrinin soyuq havaya məruz qalması lokal hipotermiya yarada bilər. Bu isə əzələ ağrılarına səbəb olan miozit və ya sinirlərin soyuqdan təsirlənməsi nəticəsində yaranan nevralgiya riskini artırır.

Stepanov əlavə edib ki, soyuqdəymə həmçinin immuniteti zəiflədir və insanı virus xəstəliklərinə daha həssas edir.

Həkim tövsiyə edir ki, yatmazdan əvvəl otağı 10–15 dəqiqə hava ilə təmizləmək kifayətdir. Eyni zamanda, istilik radiatorlarını gecə saatlarında mümkün qədər aşağı salmaq və ya davamlı hava axını üçün yaxın otaqdakı kiçik pəncərəni açmaq daha təhlükəsiz üsuldur. Bu, bədəni soyuqdan qoruyaraq yuxunu rahat və sağlam edir.