Hindistanın Dehli şəhərindəki “Skin Decor” klinikasının baş dermatoloqu və direktoru Monika Çahar piylənmə və keçəllik arasında əlaqəni aşkar edib.
Foodinfo.az-ın xəbərinə görə, lent.az bildirir ki, artıq çəki hormonal balanssızlığa səbəb olur, xüsusən də androgenlərin istehsalını artırır. Öz növbəsində, onların artan səviyyəsi kövrəklik və saç tökülməsinin əmələ gəlməsini təhrik edir.
Çahar izah edib ki, artıq çəki olan qadınlarda insulin müqaviməti yaranır və bu da polikistik yumurtalıqların inkişafına səbəb ola bilər. Öz növbəsində, bu xəstəlik keçəlliyin artmasına səbəb olan amillərdən biridir.
Mütəxəssis bu problemlərin qarşısını almaq üçün ilk növbədə meyvə, tərəvəz və yağsız ətdən ibarət qida rasionunuzu tənzimləməyi məsləhət görüb. Bundan əlavə, menyuda A, C və E vitaminləri, həmçinin biotin, sink və dəmirlə zəngin qidalar üstünlük təşkil etməlidir. Həki həmçinin stresdən uzaq durmağı, idmanla məşğul olmağı və saç qulluğuna baş masajını da daxil etməyi təklif edib.