Moskvada plastik cərrahın evindən qeydiyyatsız silahlar arsenalı tapılıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

41 yaşlı cərrahın evindən 4 ədəd “Mauser 98k” tüfəngi, 1 ədəd 1938-ci il istehsalı “Mosina” tüfəngi tapılıb. Bununla yanaşı onun evindən “Deqtyarev” pulemyotu da aşkar edilib. 

Evdən götürülən silahların hər birinin istifadəyə yararlı olduğu bildirilir.