Bir çox insanlar qarın nahiyəsinin arıqlamasını arzulayırlar.
"Eat This, Not That" saytı yazır ki, fitnes mütəxəssisi Entoni Yonq bu arzunun həyata keçməsinə mane olan vərdişləri açıqlayıb.
O, bədəndə bu problemli bölgəni formalaşdıran əsas amilin qeyri-sağlam qidaların olduğunu vurğulayıb. Düzgün qidalanma olmadan qarın nahiyəsindəki piylərdən xilas olmaq mümkün deyil.
Mütəxəssis onu da qeyd edib ki, “dağınıq qidalanma”dan imtina etmək vacibdir. Onun sözlərinə görə, toxluq hissinin daha tez gəlməsi üçün yemək yeyərkən kənar işlərlə məşğul olmamaq lazımdır.
Digər zərərli vərdiş isə oturaq həyat tərzi, eləcə də qeyri-sağlam yuxu rejimidir.
Həyatınızın bu aspektlərini dəyişdirsəniz, qarnınızdakı piylərinin əriməyə başladığını görəcəksiniz.
Nərmin