Cənubi Afrikada Respublikasında Mala-Mala təbiət qoruğunun bələdçisi Jako Juber nadir mutasiyalı, çəhrayı rəngli fil balasına rast gəlib.
Foodinfo.az xəbər verir ki, bu barədə "Latest Sightings" yazır.
Bələdçinin sözlərinə görə, bala fil şən və aktiv olub.
Fildə leykizmin (dəri piqmentasiyasının qismən itirilməsinə səbəb olan mutasiyanın) olduğu bildirilir. Piqmentasiyanın olmaması səbəbindən fil balasının dərisi daha şəffafdır və altdakı qan damarları və kapilyarlar görünərək ona çəhrayı rəng verir.
Mutasiyanın fil balasına heç bir zərəri olmadığı qeyd edilir. Üstəlik, çəhrayı dəri onu sərt Afrika günəşindən qoruya bilər. Dəri daha şəffaf olduğu üçün daha çox işığın keçməsinə şərait yaradır ki, bu da bədən istiliyinin tənzimlənməsinə kömək edir.
Nurlan