Rusiyanın əyləncə və hobbi mağazalarında populyar “monopoliya” oyunu çatışmazlığı müşahidə olunur.
Foodinfo.az xəbər verir ki, bu barədə RBK nəşrində bildirilir.
“Monopoliya” stolüstü oyunu 1935-ci ildə ABŞ-də Çarlz Derrou tərəfindən yaradılıb. Rəsmi məlumatlara görə, bu oyun dama və şahmatdan sonra dünyada ən çox satılan stolüstü oyundur.
Qeyd olunur ki, oyunun çatışmazlığına səbəb yeni ildən bu yana tədarükün olmamasıdır.