ABŞ-da sərxoş sürücü polisi aldatmaq qərarına gəlib və həbs olunmamaq üçün sərnişin oturacağında əyləşən itlə yerini dəyişib. 

Foodinfo.az xəbər verir ki, bu barədə Lad Bible yazır.

Hadisə Kolorado ştatının Sprinqfild şəhərində baş verib. Polis şübhəli avtomobili sürət həddinə çatdırdığı üçün saxladıqda sürücü özünü çox qəribə aparıb. O, iti götürüb polisin gözü qarşısında sükan arxasına keçirdi və özü də sərnişin oturacağına oturdu. Həmin şəxs dayanma vaxtı maşın sürmədiyini deyib. Onun içki içməsi soruşulduqdan sonra amerikalı maşından atılaraq qaçmağa çalışıb. Lakin o, 15 metrdən sonra saxlanılıb.


Saxlanılan şəxs xəstəxanada tibbi müayinədən keçirilib və daha sonra nəzarətə götürülüb və ona sərxoş vəziyyətdə avtomobil idarə etmək, sürət həddini aşmaq və həbsə müqavimət göstərməkdə ittiham olunub. İt sürücünün dostuna təhvil verilib. Polis nümayəndəsinin sözlərinə görə, "heyvana qarşı heç bir ittiham irəli sürülməyib və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb".

Fərid