Rusiyalı alimlər yanacağın dağılması nəticəsində dəyən zərərin azaldılmasına kömək edən proses müəyyən ediblər. Müşahidələr göstərir ki, daimi don zonasından olan torpaq mikrobları yanacağı istehlak edir. Bununla belə, onlar əlavə istixana qazları da buraxırlar.

İnsanlar Arktika ərazilərini fəal şəkildə inkişaf etdirirlər, lakin eyni zamanda texnogen fəlakətlərin riski də artır. Arktika sistemləri insan müdaxiləsinə qarşı həssasdır və çoxlu miqdarda gizli istixana qazlarını ehtiva edir, buna görə də çirklənmə problemi xüsusilə aktualdır.

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Krasnoyarsk Elmi Mərkəzinin alimləri müxtəlif konsentrasiyalarda dizel yanacağının torpaq mikroblarının aktivliyinə təsirini təhlil ediblər. Müşahidələrin nəticələri göstərir ki, mikroorqanizmlər yanacaqdan qidalı mühit kimi istifadə edə bilirlər. Eyni zamanda yanacağın parçalanması torpaqdan karbon qazı emissiyalarının artmasına səbəb olub. Alimlər qeyd ediblər ki, onların məlumatları karbon büdcəsi hesablamalarında nəzərə alınmalıdır.

Nərmin