Şokolad fabrikinin işçisi R.M. ABŞ-ın Pensilvaniya ştatındakı Palmer Co müəssisədə baş verən partlayışdan sonra maye şokolad vannasına düşüb və bu onun həyatını xilas edib. Foodinfo.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Sağ qalan fabrik işçilərindən biri 50 yaşlı Patrisiya Borxes idi. Qadın 31 il əvvəl Meksikadan ABŞ-a köçüb və dörd il fabrikdə işləyib. O bildirib ki, hadisə nəticəsində döşəmə onun altında qalıb, bina isə alovlanıb. Qadının qolu yanıb və fabrikin zirzəmisində maye şokolad vannasına düşməsəydi, ölə bilərdi.
Qeyd edək ki, fabrikdə baş vermis partlayış nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Nurlan