Süni intellektin gələcəkdə bəzi peşələri aradan qaldırmaq təhlükəsi mövcuddur. 

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Vurğulanır ki, qlobal miqyasda işlərin 18 faizini inkişaf etmiş komputerlərlə əvəz etmək mümkün ola bilər. Bu xüsusən inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə mümkündür. 

Süni intellektin vəkillər, jurnalistlər və məmurlar kimi “ağ yaxalı” işçiləri əvəzləyəcəyi iddia olunur.

Ekspertlərin fikrincə ABŞ və Avropada ümumilikdə işlərin 25 faizini süni intellektə həvalə etmək mümkün olacaq.

Fərid