Yaponiyada qədim çörəkbişirmə ənənəsi müasir texnologiya ilə birləşərək maraqlı bir layihəyə çevrilib. Ölkənin ən köklü çörəkxanalarından biri olan Kimuraya elektronika şirkəti ilə birlikdə “romantik çörək” adlanan xüsusi məhsul hazırlayıb.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, layihə çərçivəsində süni intellekt romantik realiti-şouların dialoqlarını və məşhur mahnıların mətnlərini analiz edərək sevgi ilə bağlı emosiyaları müəyyənləşdirib. Nəticədə münasibətlərin beş əsas mərhələsi – taleyüklü görüş, ilk görüş, qısqanclıq, inciklik və qarşılıqlı sevgi seçilib və hər biri ayrıca çörək dadına çevrilib.
“Taleyüklü görüş” adlı çörək şirin pambıq şəkəri qoxusu ilə ani hissləri simvolizə edir. “İlk görüş” limon və portağal kimi sitrus notları ilə hazırlanıb. “Qısqanclıq” dadında şirin kartof, trüfel yağı və kişmiş istifadə olunub, “inciklik” isə sidr və üzüm aromatı ilə fərqlənir. “Qarşılıqlı sevgi” adlı variant isə bal, şaftalı və pitahaya qarışığı ilə hazırlanaraq ən zərif dad kimi təqdim olunur.






