Hindistanın şimalında, Bagpat şəhəri yaxınlığında toy zamanı kütləvi dava düşüb. Foodinfo.az xəbər verir ki, bu bardə Opİndia məlumat yayıb. Belə ki, münaqişə bəyin əmisinə ənənəvi hind pendiri olan panir yeməyi təklif olunmamasından sonra başlayıb.

Hadisə toy korteji Qurana kəndindən Bagpata gedən yolda dayanarkən baş verib. Axşam yeməyi zamanı panir bitib və bəyin əmisi bir neçə ailə üzvü ilə birlikdə yemək paylayanlarla əlbəyaxa olub. Gəlinin yaxınlarının izahatlarından sonra da münaqişənin təşəbbüskarları sakitləşməyib. Nəticədə gəlin tərəfi ilə bəy tərəfi arasında dava düşüb.

Qeyd edək ki, panir Cənubi Asiyada məşhur olan pendir növüdür. Xüsusilə Hindistan, Pakistan, Əfqanıstan, Nepal və Banqladeş mətbəxlərində məşhurdur. Təzə, turş, əriməyən pendirdir. Kəsmik limon suyu və ya sirkə ilə qızdırılan süddən hazırlanır. Ən çox yayılmış növlərindən biri palak panirdir ki, ispanaq sousunda olan dilimlər adətən düyü ilə verilir.

Nərmin