Yaponiyanın “Toyota” avtomobil konserni 2026-cı ilin sonuna qədər 10 yeni elektromobil modelini təqdim etmək istəyir.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
“2026-cı ilə qədər 10 yeni elektromobil hazırlamağa ümid edirik. Bu nəqliyyat vasitələrinin satış həcmi illik 1,5 milyon ədəd olacaq”, - deyə istehsalçının vitse-prezidenti Xiroki Nakadzima bildirib.
Qeyd edək ki, şirkət 2030-cu ildə Avropa bazarına yalnız elektromobil və hibrid avtomobilləri satmağı planlaşdırır.