Rusiyalı alimlər xaotik iqtisadi proseslərin gedişatını proqnozlaşdıra biləcək süni intellekt yaradıblar.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Qeyd olunur ki, bəzi mühüm iqtisadi hadisələr, məsələn, 2008-ci il böhranı tam məlumat olmayan innovativ mexanizmlər (ipoteka kreditlərinin sekyuritləşdirilməsi) tərəfindən başlanıldı. Bu baxımdan, bütün müasir iqtisadi modellər etibarlılıq baxımından astronomik və aerodinamiklikdən uzaqdır və buna görə də alimlər xaosun təsirini hesablamaq üçün bir yol axtarırlar. Sankt-Peterburq Universitetinin alimləri isə qeyri-daimi dalğalanmaların iqtisadiyyata təsirinin müəyyən edilməsi üsulunu aşkar ediblər.
Metod iki nəsil - gənc və yaşlı cəmiyyətin inkişaf prosesini bu nəsillərin ömrü boyu müəyyən iqtisadiyyatda öyrənən modeldən istifadəyə əsaslanır. Əlaqələr şəbəkəsi olan bazarların ərazi yerləşməsi nəzərə alınmaqla qiymət modeli də nəzərdən keçirilir.
Hesablamalar üçün təkamül alqoritmlərindən istifadə olunub.
Leyla