İsraildəki Təl-Əviv Üniversitetinin bir qrup alimi bioaktiv komponentləri artıran müasir texnologiya sayəsində yeni bir “super dəniz yosunu” yaradıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də bildirilib.
Ortaya çıxan məhsulun qida, kosmetika və dərman sektorunda istifadə oluna biləcəyi qeyd edilir.
“Mövcud araşdırmadakı yenilik dəniz yosunundakı polisakkarit, mineral, antioksidant və digər molekulların konsentrasiyasına nəzarət edə bilmək və maksimum səviyyəyə çatdırmaqdır. Bunlar dəniz yosununun daha sağlam hala gətirilməsinə kömək edir”, - deyə araşdırmalara rəhbərlik edən ekspert Doron Aşkenazi bildirib.