“Meta” şirkətinin rəhbəri Mark Zukerberqin sərvəti bu il 44 milyard dollar artıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
“Mark Zukerberqin sərvəti bu il 44 milyard dollar artıb. Bu, digər milyarderlər arasında ilin ən sürətli artımdır”- məlumatda vurğulanıb.
O, 2022-ci ildə diqqətini bu sahəyə hakim olmaq üçün “metaverse” qurmağa yönəldib. Agentliyin məlumatına görə, hansısa məqamda belə investisiyalar hesabına onun kapitalı 100 milyard dollar azalıb.