Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan şəhəri, S.Qazıyeva küçəsində fəaliyyət göstərən, Nəsirov Cəmil Nəsir oğluna məxsus “Elit” kafesində yoxlama keçirib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Baxış zamanı mətbəxdə divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida məhsullarının müvafiq temperaturda saxlanmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.