Biznes Mərkəzi Klubu Nizami Kino Mərkəzində keçirdiyi qala gecəsində 2024-cü il üzrə biznes sahəsində əldə olunan uğurlarla bağlı ilin yekunlarını dəyərləndirib. Nizami Kino Mərkəzində baş tutan tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib.
“İlin ən yaxşıları” layihəsi çərçivəsində “Veysəloğlu” Şirkətlər Qrupum iki istiqamət üzrə qalib elan olunub. “İlin biznes adamı” nominasiyasına Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov, “İlin marketlər şəbəkəsi” nominasiyasına isə “OBA” marketlər şəbəkəsi layiq görülüb.