“İlk dəfə aviasiyadan istifadə etməklə vəhşi heyvanlarda quduzluğa qarşı peyvəndlənməyə nail olduq”.
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O, regionda vəhşi təbiətin əsas problemlərindən birinin quduzluq xəstəliyi ilə bağlı olduğunu bildirib.
Q.Təhməzli vurğulayıb ki, Gürcüstanla sərhəd ərazilərdə aldadıcı yemlərdən istifadə etməklə vəhşi heyvanların peyvəndlənməsinə nail olunub.
AQTA sədri bununla da problemlə mübarizədə irəliləyiş əldə etməyin mümkünlüyünü söyləyib.