Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Tacikistan Respublikası Hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin sədri Faizullozoda Muhammadsaidla görüşüb.
Foodinfo.az-ın məlumatına görə, görüşdə Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Eyni zamanda AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları diqqətə çatdırıb.
Görüşdə həmçinin Azərbaycan və Tacikistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən iki ölkə hökumətləri arasında imzalanmış baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş, eləcə də idxal-ixrac əməliyyatları və digər məsələlər ətrafında müzakirələr aparılıb.