Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentiyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən fəaliyyəti dövründə 886 parametr beynəlxalq səriştəlilik sınaqlarından uğurla keçirilib.

Foodinfo.az xəbər verir ki, beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə etmiş AQTİ-də hazırda özəl laboratoriyalar üçün səriştəlilik sınaqları reallaşdırılır.

Həmçinin İnstitutun nəzdindəki 3 laboratoriya beynəlxalq akkretidasiyalardan keçirilib. Belə ki, Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu tərəfindən heyvan xəstliklərinin 39 parametri üzrə beynəlxalq akkreditasiyadan keçirilib. Abşeron Regional Sınaq Laboratoriyası isə Latviya Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçərək sertifikatını 3 illik yeniləyib. Milli Referens Laboratoriyasında “Almaniya Federativ Respublikasının Milli Akkreditasiya qurumu” (DakkS) tərəfindən İSO/İEC 17025 beynəlxalq standartının tələbləri əsasında uyğunluq qiymətləndirilməsi aparılıb və uğurla nəticələnib.
Qeyd edək ki, hazırda AQTİ-nin nəzdində 16 laboratoriya var. Qafqazda ilk dəfə 2+ səviyyəli mobil səhra laboratoriyası İnstitutun tabeliyində fəaliyyət göstərir.