Foodinfo.az Qida Xəbərləri Portalı 28-ci Azərbaycan Beynəlxalq “Qida sənayesi” (“Interfood Azerbaijan 2023”) sərgisinin media tərəfaşı olub.

Belə ki, bu il 17-19 mayda keçiriləcək beynəlxalq sərgi ərəfəsində, sərgi zamanı və sərgidən sonra tərəflər qarşılıqlı informasiya xidmətləri göstərəcək.

Foodinfo.az əvvəlki müvafiq sərginin də media tərəfdaşı olub.

Qeyd edək ki, Foodinfo.az Azərbaycanın ilk qida xəbərləri portalıdır. Foodinfo.az 2018-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Burada sağlam və zərərli qidalar, diyeta qaydaları, marketlər, restoranlar, keyfiyyətə nəzarət və s. barədə özəl xəbərlər, məqalələr yer alır.

Foodinfo.az bu il Media Reyestrində (Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA Agentliyi) tərəfindən idarə olunan elektron informasiya ehtiyatı) qeydiyyatdan keçib.