Kəsim məntəqəsində yuyulma işlərinin aparılması üçün daimi təzyiqli su təminatı olmalıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsdiq edilən “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, kəsim məntəqəsində məişət (təsərrüfat)-içməli sudan istifadə olunmalıdır.
Qeyd edək ki, məişət (təsərrüfat)-içməli su yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan sudur. Bu barədə AQTA tərəfindən təsdiq edilən “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir.