Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Gürcüstanın Tbilisi şəhərində keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) ölkələrinin Sanitar və Fitosanitar tədbirlər (SPS) üzrə işçi qrupunun 3-cü iclasında iştirak edib.
Foodinfo.az-ın məlumatına görə, tədbirdə CAREC proqramı çərçivəsində qlobal və regional səviyyədə Sanitar və Fitosanitar tədbirlər (SPS) sahəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin Sanitar və Fitosanitar tədbirlərin (SPS) qlobal tendensiyası, problemlər və onların CAREC ölkələrinə təsiri barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə CAREC proqramı çərçivəsində ticarətin asanlaşdırılması üçün Sanitar və Fitosanitar tədbirlərin (SPS) modernləşdirilməsi, bazara çıxışı artırmaq, təhlükəsiz ticarəti asanlaşdırmaq və ölkələrə qlobal dəyər zəncirlərində iştirak etmək üçün SPS təşəbbüsləri müzakirə edilib.
Sonda CAREC-in 2030 İnteqrasiya edilmiş Ticarət Gündəliyi çərçivəsində (CITA) 2023-2025 Strateji Fəaliyyət Planında nəzərdə tutulan məsələlərə dair müzakirələr aparılıb, CAREC ölkələri tərəfindən fəaliyyət planında nəzərdə tutulmuş işlər barədə təkliflər verilib.
[gallery ids="53325,53326"]