Amerikalı onkoloq Diana Reidy-Lagunes hisə verilmiş ət, hamburger və kolbasanın xərçəng riskini artıra biləcəyi barədə xəbərdarlıq edib.

Foodinfo.az xəbər verir ki, bu bir çox ət məhsullarında xərçəngə səbəb olan kimyəvi maddələrin əmələ gəlməsinə kömək edə bilən nitrat və nitritlərin tərkibi ilə bağlıdır.

Reidy-Lagunes xüsusilə qeyd edib ki, hamburgerlər və ya hisə verilmiş ətlər siqaret qədər zərərli olmasa da, yenə də xərçəngə səbəb ola bilər və insanlar bundan xəbərdar olmalıdırlar.

Mütəxəssislər ətin tavada və ya manqalda bişirildikdə əmələ gələn yanmış qabığın təhlükələri barədə də xəbərdarlıq ediblər.

İşlənmiş qidalara sağlam alternativ olaraq, həkim yağsız ət, balıq və qoz-fındıqları tövsiyə edir.

Nurlan