Təmizləmə və dezinfeksiya tədbirləri qida obyektlərinin bütün sahələrinin müvafiq şəkildə təmiz olmasına təminat verməli və təmizləyici qurğunun təmizlənməsini də ehtiva etməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilir. Sənəddə qeyd olunur ki, təmizləmə və dezinfeksiya proqramları daim yararlılıq və effektivliyinə görə nəzarət altında saxlanılmalı və sənədləşdirilməlidir.
Həmçinin yazılı təmizləmə və ya dezinfeksiya proqramları istifadə edilən yerlərdə təmizlənəcək və ya dezinfeksiya olunacaq sahələr, əşyalar və qab qacaq, ayrı-ayrı tapşırıqlara görə cavabdehlik, təmizlənmə və ya dezinfeksiya üsulları və tezlikləri təyin edilir. Eləcə də nəzarət mexanizmləri təyin olunur.
Şəbnəm