“Əhalinin etibarlı qida məhsulları ilə təmini dövlətimizin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir”.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin rəisi Xalid Bayramlı deyib.
“İndiyə qədər bu sahədə nəzərəçarpacaq işlər görülüb. Təbii ki, bu işlərin davamı kimi qida təhlükəsizliyinə nəzarətin artırılması üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bizim başlıca fəaliyyət istiqamətimiz qida təhlükəsizliyi sahəsində milli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Xoşagəlməz hadisələrin qarşısını almaq üçün texniki bazamızı və kadr potensialımızı gücləndiririk. Çünki qida təhlükəsizliyi bizim ümummilli məsələmizdir”, — deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev 13 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. (Sputnik Azərbaycan )