Son illərdə sağlam qidalanma sahəsində aparılan araşdırmalar qaragilənin insan orqanizmi üçün ən faydalı meyvələrdən biri olduğunu bir daha təsdiqləyib. Bu meyvə xüsusilə beyin və göz sağlamlığına güclü təsir göstərir.
Foodinfo.az xəbər verir ki, qaragilənin tərkibində olan güclü antioksidantlar beyin hüceyrələrini qoruyur, yaddaşı gücləndirir və diqqəti artırır. Bu səbəbdən, xüsusilə məktəblilər və zehni fəaliyyətlə məşğul olan şəxslər üçün qaragilə tövsiyə olunur.
Bununla yanaşı, qaragilə göz sağlamlığı üçün də mühüm əhəmiyyət daşıyır. Onun tərkibindəki faydalı maddələr retina hüceyrələrini qoruyur, görməni yaxşılaşdırır və göz yorğunluğunu azaldır.
Qaragilənin müntəzəm istifadəsi gecə görməsinin dəstəklənməsinə kömək edir.
Qaragilənin faydaları bununla məhdudlaşmır. O, həmçinin ürək-damar sistemini qoruyur, qan təzyiqinin tənzimlənməsinə dəstək olur, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və immuniteti gücləndirir.
Mütəxəssislər qaragiləni gündəlik qida rasionuna daxil etməyi tövsiyə edir və qeyd edirlər ki, bu meyvə ən çox beyin və gözlər üçün faydalı hesab olunur.






